Uber bu Avropa ölkəsində də qadağan edildi

15:45 - 27 Noyabr 2021 - AVTO

Brüssel Apellyasiya Məhkəməsi Belçikada “Uber” taksi xidmətinin qadağan edilməsi barədə qərar çıxarıb.

Şirkət artıq qərarı icra edib və xidməti dayandırıb.
“Uber” məhkəmənin bu qərarından təəssübləndiyini də gizlətməyib. Bildirib ki, bu, 2 min sürücünün iş yerini itirməsi deməkdir.

Qeyd edək ki, “Uber” Avropanın bir sıra ölkəsində xidmət və işçinin işə qəbulu normalarını pozmaqda ittiham edilir. Sürücülər “Uber”in təklifləri ilə normal pul qazana bilmədiklərini, o cümlədən illik məzuniyyət və tibbi xərclərinin şirkət tərəfindən qarşılanmadığını bildirirlər.///axar.az

Xəbər xətti