Türkiyənin "Birgün" qəzetinin köşə yazarı Timur Soykan azərbaycanlı qanuni oğru, İstanbulda qətlə yetirilən Nadir Səlifovdan onun məzarlığından kadrlar yayımlayıb.
Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, müəllif onu Azərbaycan mafiyasının lideri adlandırır. Bildirir ki, keçmiş daxili işlər naziri Süleyman Soylu isə dünyanın ən böyük 12 mafiyasından birinin lideri olduğunu söylədiyini xatırladıb. "İndi o mafiya patronu Nadir Səlifovun İstanbulda məqbərəsi var. Diqqət çəkən qəbirin qarşısında uluyan iki böyük canavar heykəlidir. Türbədəki səs sistemində ərəbcə Quran yazısı fasiləsiz davam edir.
"Lotu Quli"nin qəbirüstü abidəsi - ən son texnologiyadan istifadə edilib
Büstün qarşısında Nadir Səlifovun ən son texnologiyadan istifadə edərək mərmər üzərində çap edilmiş böyük ağ-qara fotoşəkili var. Bir tərəfdə Türkiyə bayrağı, digər tərəfində Azərbaycan bayrağı mərmər üzərində yazılıb. Nadir Səlifovun digər qanuni oğru Rövşən Caniyevi öldürdüyü iddia edilir. İndi təşkilata Caniyevin qardaşı Namiq Caniyev rəhbərlik edir. Nadir Səlifov 19 Avqust 2020-ci ildə Antalya Serik otelində 15 illik mühafizəçisi tərəfindən başından vurularaq öldürülüb. Azərbaycan Nadir Səlifovun cənazəsini qəbul etməyib. Bu səbəbdən də Esenyurt Gülvadi Qəbiristanlığında dəfn edilib. Nadir Səlifovun ölümündən sonra onun yerinə qardaşı Namık Səlifov keçib.