“Twitter”dən YENİLİK “Whatsapp”a rəqib olacaq?

20:10 - 25 Oktyabr 2021 - Cəmiyyət

Dünyanın ən məşhur sosial media platforması “Twitter” Britaniyanın məşhur mesajlaşma proqramı olan “Sphere”i satın alıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Twitter” 2021-ci ildə xidmət çeşidini genişləndirmək üçün fəaliyyətini sürətləndirib. Şirkət Böyük Britaniyada məşhur qrup söhbət proqramlarından biri olan “Sphere”i alıb. Tərəflərdən heç biri satın almanın “Twitter”ə hansı qiymətə başa gəldiyi barədə rəsmi açıqlama verməyib. Məlumdur ki, 20 nəfərlik komandası olan tətbiq perspektivlidir.

İstifadəçilərə qruplar quraraq ünsiyyət yaratma imkanı verən proqram, gələcəkdə “WhatsApp”ın rəqibi olma potensialına da malikdir.

 

Xəbər xətti