“Barselona” hücumçusu Ansu Fati ilə yeni müqaviləni rəsmiləşdirib.
18 yaşlı forvard klub prezidenti Joan Laportanın iştirak etdiyi tədbirdə yeni sözləşməyə qol çəkib.
Kataloniya təmsilçisi də rəsmi saytı vasitəsilə Fatinin 2027-ci ilin yayına qədər müqavilə imzaladığını açıqlayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin edilib.
Qeyd edək ki, “Barselona” bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.///apa