Mbappe PSJ-dən ayrılır? - Özü paylaşım etdi

22:24 - 17 Oktyabr 2021 - İDMAN

PSJ-nin fransalı ulduzu Kilian Mbappenin "instagram" hesabında paylaşdığı son şəkil bir çox suallara səbəb olub.

Gələn il Paris təmsilçisindən ayrılıb Madrid "Real"ına gedəcəyi ehtimal olunan ulduz hücumçu komandanın "Ancers" ilə oynadığı Liqa 1 matçının ardından "Görüşün ən yaxşısı" mükafatınını paylaşıb.

22 yaşlı forvard paylaşımının altından "Təşəkkürlər, PSJ" yazıb.
Onun paytaxt təmsilçisinin formasında çox rahat görünməsinə baxmayaraq, komandasıyla yeni müqavilə imzalamaq niyyətində olmadığı sezilir.

Qeyd edək ki, Mbappenin yeni mövsümdə "Real"a keçidinin rəsmən açıqlanacağı gözlənilir.///ofsideplus

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Kylian Mbappé (@k.mbappe)

Xəbər xətti