Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.
Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.