Ucnoqta.az
www.ucnoqta.az

Serbiya ilə oyunöncəsi Azərbaycan millisində <font color=red><b>CİDDİ İTKİ</b></font>

09:10 - 12 Oktyabr 2021 tarixində dərc olunub.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.

Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Müəllif: