Millətlər Liqası: Fransa finalda
01:25 - 8 Oktyabr 2021 - İDMAN
Bu gün UEFA Millətlər Liqasının son yarımfinal oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda baş tutan qarşılaşmada Belçika və Fransa yığmaları üz-üzə gəliblər.
Birinci hissədə Belçikalılar rəqibin qapısından iki top keçirərək 2:0 önə çıxıblar. Qolları Y.Karrasko (37-ci dəqiqə) və R.Lukaku (40-cı dəqiqə) vurublar.
İkinci hissədə Fransa millisinin oyunçuları 3 qol vuraraq finala vəsiqəni təmin ediblər: 62-ci dəqiqədə K.Benzema, 69-cu dəqiqədə K.Mbappe, 90-cı dəqiqədə isə T.Ernandes.
Qeyd edək ki, finalda Fransa millisi İspaniya millisi ilə qarşılaşacaq.