<font color=red><b>Millətlər Liqası:</b></font> Fransa finalda
01:25 - 8 Oktyabr 2021 tarixində dərc olunub.
Bu gün UEFA Millətlər Liqasının son yarımfinal oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda baş tutan qarşılaşmada Belçika və Fransa yığmaları üz-üzə gəliblər.
Birinci hissədə Belçikalılar rəqibin qapısından iki top keçirərək 2:0 önə çıxıblar. Qolları Y.Karrasko (37-ci dəqiqə) və R.Lukaku (40-cı dəqiqə) vurublar.
İkinci hissədə Fransa millisinin oyunçuları 3 qol vuraraq finala vəsiqəni təmin ediblər: 62-ci dəqiqədə K.Benzema, 69-cu dəqiqədə K.Mbappe, 90-cı dəqiqədə isə T.Ernandes.
Qeyd edək ki, finalda Fransa millisi İspaniya millisi ilə qarşılaşacaq.