Gəncədə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

17:31 - 18 Sentyabr 2021 - HADİSƏ

Gəncə şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizaya aparılıb. Araşdırma zamanı onun 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərov olduğu məlum olub.

Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər də xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti