Türkiyə Silahlı Qüvvələrinin İraq ərazisində PKK terrorçularına qarşı 20 təyyarənin iştirakı ilə geniş əməliyyat təşkil edib.
Ucnoqta.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçulara qarşı əməliyyatda "TB-2 Bayraktar" pilotsuz uçuş aparatından da istifadə olunub.
İraqın şimalında yerləşən Asos bölgəsində əməliyyat zamanı 11 türk hərbçinin qatili olan "Renas Roj" kod adlı Səlahəddin Sahabi adlı PKK terrorçusu da zərərsizləşdirilib.
Həmçinin 20-dən çox təyyarənin iştirak etdiyi hava əməliyyatı ilə sığınacaq, bunker, sursat anbarları, qərargah və terrorçulara məxsus mağaralardan ibarət 28 hədəf məhv edilib.
///xezerxeber