Türkiyənin Kahramanmaraş şəhərində BE-200 yanğınsöndürmə təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarə meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb. Təyyarədədə rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət 8 nəfərin olduğu bildirilir. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, göyərtədə 8 nəfər olub: 5 rus hərbçisi və 3 Türkiyə nümayəndəsi. Ekipaj üzvlərindən heç kim xilas olmayıb.
Əraziyə axtarış-xilasetmə qrupu cəlb olunub.
Təyyarənin qəzaya uğramasının görüntülərini təqdim edirik: