Xalq artisti Könül Xasıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
Ucnoqta.az baku.ws-ə istinadən bildirir ki, "Onun sirri" verilişində iştirak edən sənətçi azərbaycanlı nazirlərdən birinin ona evlilik təklifi etdiyini bildirib.
Könül Xasıyeva evli olduğu halda onunla evlənmək istəyən məmurun bu təklfini qətiyyətlə rədd edib:
"Bu hadisə 15-20 il əvvəl olub. Məmurlarımızdan biri mənimlə ailə qurmaq istədi. Sözsüz ki, razılaşmadım. Heç yaxına da buraxmadım. Evli idi, arvadı, övladları var idi. Mən qətiyyən razılaşmadım. Peşman da olmadım. Bir ailənin dağılmasının qarşısını aldım. Bəlkə, çox yaxşı həyatım olardı. Amma mən kiminsə ahını almaq istəmədim.
Hazırda o insan vəzifədə deyil, amma ailəsi var. Ad çəkmək istəmirəm, bu, düz olmaz. Bir-neçə dəfə sürücüsünü də göndərdi. Amma mən hər dəfə eyni cavabı verirdim. Bir gün həyəti təmizləyirdim. Gördüm, evimin yanında avtomobil dayandı. Açdım qapını, dedi ki, "Məni filankəs göndərib". Getdim süpürgəni gətirdim, dedim, "Bunu sənin başında sındıraram. Səni parçalamadan, çıx get".