Kiprdə "Qarabağ"a qarşı olan təxribatın təfərrüatı məlum olub.
Ucnoqta.az xəbər verir ki, "Qarabağ" klubunun mətbuat katibi bildirib ki, ilk dəqiqələrdən bizi söyürdülər: "Ehtiyat oyunçular skamyamızda oturanlara arxadan su atırdılar. Biz qol vurandan sonra Qurban Qurbanovu türk dilində söydülər. Çox pis söyüşlər idi. Qurban müəllimin üzərinə hücum etdilər. Hücum edən AEL-in mətbuat xidmətinin əməkdaşı idi. Kiprlilərin bir futbolçusu da ona qoşuldu. Oyun dayandı. İçəridə hakimə dedik ki, biz davam etməyə hazırıq".