Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Mütəxəssisdən ÜST-yə SƏRT SÖZLƏR: Bu artımın səbəbi nədir?

Türkiyəli tibb elmləri doktoru Bilgehan Bilge Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Ucnoqta.az xəbər verir ki, sosial media hesabından ÜST-yə suallar ünvanlayan Bilgehan Bilge dünya əhalisinin 37 faizinin vaksin olunmasına baxmayaraq, yoluxmaların sürətlə artmasının səbəbini soruşub.

"ÜST-dən acı etiraf: Zəhmətlə qazandıqlarımızı itiririk. Yoluxmalarda 80% artım var.

Hörmətli ÜST, ancaq bütün dünya əhalisinin 28 faizini və yetkin əhalinin 37 faizini azı bir dəfə peyvənd etmisiniz. Bu artımın səbəbi nədir?

Buna "Delta" ştamı deməyin. Çünki əvvəllər gen peyvəndlərinin bu variantlara qarşı 98 faizə qədər effektiv olduğunu açıqlamışdınız.

Üstəlik, artımlar vaksinasiya nisbətlərinin yüksək olduğu və peyvəndin ilk başladığı ölkələrdə diqqəti cəlb edir", - mütəxəssis qeyd edib.///publika.az

Tarix
1 Avqust 2021 [15:30]
Müəllif
Üç nöqtə
2021-08-01 15:30:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin