Bakıda 17 yaşlı qız paltar asarkən altıncı mərtəbədən yıxılaraq ölüb - VİDEO (YENİLƏNİB)

17:05 - 4 İyul 2021 - HADİSƏ

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

13:55

Yeni Yasamal yaşayış massivində hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən gənc qız paltar asarkən tarazlığını itirərək yıxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axar.az-a bina sakinləri məlumat verib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Xəbər xətti