Slovakiya millisinin kapitanı Marek Hamşik Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə imzalayıb.
34 yaşlı yarımmüdafiəçi 2 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Marek Hamşik son olaraq İsveç "Göteborq"unda oynayıb. O, Slovakiya yığması ilə birlikdə AVRO-2020-də iştirak edib. Komanda E qrupunu 3 xalla üçüncü pillədə bitirib.///report