İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.
34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub.
Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb.
Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək.///report