Avro-2020-də 1/8 final mərhələsi davam edir.
3-cü oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.
Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Lakin İspaniya millisi əlavə olunmuş 30 dəqiqədə 2 qol vuraraq növbəti mərhələyə adını yazdırıb.
Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşacaq.
28 iyun
Avro-2020, 1/8 final mərhələsi
20:00. Xorvatiya - İspaniya - 3:5
Qol: Simon, 20 (öz qapısına) (1:0), Sarabiya, 38 (1:1), Azpilikueta, 57 (1:2), Torres, 77 (1:3), Orsiç, 85 (2:3), Pasaliç, 90+3 (3:3), Morata, 100 (3:4), Oyarzabal, 103 (3:5)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu
23:00. Fransa - İsveçrə
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu
///qol.az