Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlaşan qətərli atlet Abdalelah Harun vəfat edib.
Ucnoqta.az-ın "Report"-a istinadən məlumatına görə, 400 metr məsafəyə qaçışda mübarizə aparan idmançı 24 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Harun 2015-ci ildə Asiya çempionu, 2018-ci ildə isə Asiya Oyunlarının qalibi olub. O, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında bürünc medal qazanıb.