MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) qələbə qazanıb.
O, 61 kq-da erməni idmançı Varşam Qevorqyanı üstələyib.
Qazaxıstanda keçirilən görüşdə İbrahimov bütün raundları üstün bitirərək təmiz qalibiyyət əldə edib.
Elnar İbrahimov qələbəsini şəhidlərə və qazilərə həsr etdiyini bildirib: “Mən bu qələbəni İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimizə və qazilərə həsr edirəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”
///qafqazinfo