Rusiya Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı AÇIQLAMA

10:34 - 15 May 2021 - Xəbər

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatın təhlükəsizliyini, “Laçın dəhlizi” boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb",- deyə məlumatda bildirilir.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri və mümkün hücumun qarşısını almaq üçün təlimlər keçirir.///modern.az

Xəbər xətti