Sabunçuda kişi yeznəsi tərəfindən bıçaqlanıb

23:12 - 12 May 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.///Apa

 

Xəbər xətti