Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə ediblər

18:26 - 5 May 2021 - Xəbər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Dövlət başçıları Qarabağ məsələsini müzakirə ediblər.

Eyni zamanda, tərəflər telefon danışığı zamanı Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan və V.Putin koronavirus pandemiyasi ilə mübarizə və Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükü məsələsini də müzakirə ediblər.///report

Xəbər xətti