Türkiyədə karantin rejimi sərtləşdiriləcək

Türkiyə rəsmiləri koronavirusla əlaqədar vəziyyətə görə mövcud qapanma rejimini sərtləşdirməyə qərar veriblər.

“Report” ölkənin Daxili İşlər Nazirliyinin saytındakı məlumata əsasən xəbər verir ki, yeni qapanma tədbirləri mayın 7-də qüvvəyə minəcək.
Pandemiyanın başlanğıcından bəri Türkiyədə 4,9 milyondan çox insan COVID-19-a yoluxub, 41 min xəstə ölüb.

“Mayın 7-dən etibarən mağazalarda, o cümlədən supermarket şəbəkələrində yalnız əsas qida məhsullarının, gigiyena məhsullarının, ev heyvanları üçün qidaların və kosmetik vasitələrin (ətriyyat və makiyaj məhsulları istisna olmaqla) satılmasına icazə verilir”, – Daxili İşlər Nazirliyi bildirib.

Məhdudiyyətlərə spirtli içki satışı ilə yanaşı, elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ təchizatı satışı əlavə olunur.
Türkiyə sakinləri aprelin 29-dan mayın 17-dək zəruri alış-veriş və təcili tibbi yardım istisna olmaqla evdən çıxa bilməzlər. Şəhərlər arasında səyahətlər üçün rəsmi icazə tələb olunur, məktəblilər onlayn rejimdə təhsil alırlar, ictimai nəqliyyatda isə sərt məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbula uçuşları müvəqqəti dayandırıb. Bakı-Ankara-Bakı aviareysləri 29 aprel-13 may, Bakı-İstanbul-Bakı aviareysləri isə 29 aprel-16 may tarixlərində həyata keçirilməyəcək.

Tarix
4 May 2021 [14:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-04 14:45:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin