2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur. 
                       
                                             
                                                        
