"Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, son imkanımızdan yararlanmaq istəyirdik. Amma alınmadı".
Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq. Penalti epizodunda zərbəni Qara Qarayevin vurmasını özüm istədim. Çünki kapitanımız idi. Amma bacarmadı".///report