Ucnoqta.az
www.ucnoqta.az

"Alınmadı"- <font color=red><b>Canni De Byazi</b></font>

22:20 - 13 Oktyabr 2020 tarixində dərc olunub.

"Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, son imkanımızdan yararlanmaq istəyirdik. Amma alınmadı".

Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq. Penalti epizodunda zərbəni Qara Qarayevin vurmasını özüm istədim. Çünki kapitanımız idi. Amma bacarmadı".///report

Müəllif: