Seymur Orucov Ağstafanın iki kəndində olub, sakinlərlə görüşüb- Foto

17:53 - 18 İyul 2020 - ÖLKƏ İÇİ

Ağstafa rayon İcra başçısı rayonun Ağgöl və Muğanlı kəndlərində olub

Ucnoqta.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa rayonunun Gürcüstan respublikası ilə sərhəddə yerləşən Ağgöl kəndində olub. Seymur Orucov kəndin ümumi vəziyyəti ilə, sakinləri narahat edən məsələlərlə yerində tanış olub.

İcra hakimiyyətinin başçısı həmçinin əsaslı şəkildə yenidən qurulan Muğanlı kənd tam orta məktəbdə aparılan inşaat işlərini də yaxından izləyib. Belə ki, Seymur Orucov rayonun hüquq-mühafizə orqanları rəhbərləri ilə birlikdə, 624 şagird yerlik Muğanlı kənd tam orta məktəb binasında son tamamlama işlərilə yaxından tanış olub.

Qeyd edək ki, məktəbin əsaslı təmirinə 10 avqust 2019-cu il tarixindən başlanılıb.


Xəbər xətti