Baş hemotoloq: “Ötən il 327 nəfərdə kəskin leykoz aşkarlanıb”

12:01 - 11 Yanvar 2017 - Cəmiyyət

Evlənmək istəyən 645 nəfərdə sifilis, 109 nəfərdə QİÇS tapıldı


 “Ötən il 327 nəfərdə kəskin leykoz  aşkarlanıb”.Bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bu gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfizuologiya İnstitutunda keçirilmiş  hesabat xarakterli tədbirdə deyib. 
Onun sözlərinə görə, 2016-ci ildə instituta müraciət edən vətəndaşların sayı 12 min 628 nəfər olub.
Çingiz Əsədov bildirib ki, ilkin müraciətlərin sayı 4519 nəfər təşkil edib: “Bu rəqəm 2015-ci ildə 4306 nəfər olub. Hazırda müəssisədə 27 min 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə dispanser qeydiyyatında olanların sayı isə  23 962 nəfər olub”. 
Baş hematoloq əlavə edib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.
Çingiz Əsədov qeyd edib ki, ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib: “Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.teleqraf

Xəbər xətti