Varşava Universitetində bir nəfər balta ilə hücum edib - ölən var

23:31 - 7 May 2025 - DÜNYA

Polşa vətəndaşı balta ilə Varşava Universitetinin şəhərciyinə hücum edib, hadisə nəticəsində bir qadın ölüb, bir nəfər isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Varşava polisi məlumat verib. Məlumata görə, bir nəfər balta ilə Varşava Universitetinin şəhərciyinə soxulub və oradakı insanlara hücum edib. 
Hadisə nəticəsində bir qadın ölüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təcavüzkar onun başını kəsib.
 Polis hadisənin cinayət xarakterli olduğunu bildirib. Hücum edən şəxs saxlanılıb.

Xəbər xətti