Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib

10:44 - 11 Yanvar 2017 - Cəmiyyət

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib. APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib. Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib.
Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.
Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.

Xəbər xətti