Həkimlər sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər

11:40 - 9 Yanvar 2017 - Xəbər

Azərbaycanda həkimlər bundan sonra sertifikasiya şəhadətnamələrini elektron qaydada əldə edə biləcəklər. Bunun üçün e-health.gov.az saytına daxil olaraq “Sertifikasiya şəhadətnaməsinin çapı “elektron xidməti” barədə təlimatda göstərilən ardıcıllıqla Sertifikasiya şəhadətnaməsini çap edə, əgər həmin saytda qeydiyyatdan keçilməyibsə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyatdan keçmək olar.

Əlavə məlumat almaq üçün 431 38 28 nömrəli telefona zəng edə və ya [email protected] elektron poçtuna suallar yazmaq mümkündür.

Xəbər xətti