Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub

10:21 - 9 Yanvar 2017 - Xəbər

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti