Vergilər Nazirliyində yeni təyinatlar olub

13:07 - 7 Yanvar 2017 - Xəbər

Azərbaycanın Vergilər Nazirliyində yeni yaradılmış iki departamentə rəhbər təyin edilib. Naziliyin saytında verilmiş məlumata görə, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi Toğrul Quliyev həmin idarənin nəzdində yaradılmış Vergi qanunvericiliyinin icrasına nəzarət üzrə Departamentin baş direktoru vəzifəsinə təyin edilib.

Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi Vüqar İsmayılov isə yeni yaradılmış Vergi öhdəliklərinin icrası üzrə Depratamendə baş direktor təyin edilib.

Xəbər xətti