Xəzər dənizində 4,3 bal gücündə zəlzələ olub

10:50 - 30 Noyabr 2016 - HADİSƏ

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:40 radələrində qeydə alınıb.

Maqnitudası 4,3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.  

Xəbər xətti