İsrail Yəmənin iki limanını vurdu

19:40 - 16 May 2025 - DÜNYA

İsrail Husi qiyamçı hərəkatı Ənsar Allah tərəfindən nəzarət edilən Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Yəmənin Hodeyda və Əs-Salif limanlarına zərbələr endirib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Öz növbəsində Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı İsrail təyyarələrinin Yəmənin qərbindəki liman infrastruktur obyektlərinə 10 dəfədən çox hücum etdiyini bildirib. Zərbələrin nəticələri, o cümlədən mümkün itkilər barədə məlumat yoxdur.

Xəbər xətti