Braziliyada gölə iki ton boya tökülüb
Ucnoqta.az xəbər verir ki, San-Pauludakı Nəbatat bağı yaxınlığında üzvi boya qabları daşıyan yük maşını aşıb. Nəticədə 2 ton maddə parkın ərazisindəki gölə, həmçinin bulaqları və dərəni çirkləndirib.
Yerli hakimiyyət orqanlarının fikrincə, gölün ekosistemini bərpa etmək üçün bir neçə ay, hətta illər lazım olacaq.
Gölün sakinləri də mavinin bütün çalarlarına boyanıb.