Koreya Respublikasının "Samsung" şirkəti aeroportlarda "Galaxy Note 7" samrtfonlarının dəyişdirilməsi üzrə məntəqələr açır.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib və orada "Note 7" istifadəçilərinə smartfonlarını dəyişməyi təklif edirlər.
"Samsung" indi Avstraliyada mübadilə məntəqəsinin açıldığını rəsmən təsdiqləyib. Analoji məntəqələrin ABŞ-da da açılması ilə bağlı məlumat var.
Analitiklərin qiymətləndirməsinə görə, "Samsung"un "Galaxy Note 7" model smartfonları geri çağırmasına və istehsalını dayandırmasına baxmayaraq, hələ də 1 milyondan çox smartfon istifadədir.