"British Airways" aviaşirkətinin ABŞ və Meksikanın bəzi aeroportlarından reysləri kompyuter sistemində sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış texniki nasazlıq səbəbindən ləngiyib.Bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Sərnişinlərə ünvanlanmış müraciətdə deyilir ki, kompyuter sistemində texniki problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
Hazırda ləngiyən reyslərin dəqiq sayı məlum deyil.