Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya ilə Ermənistanı birləşdirən qaz kəmərini partlatmağa cəhd etmiş şəxsləri saxlayıblar.APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, onların arasında Poti şəhərinin polis əməkdaşı da var.Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblarmış.
Saxlanılan şəxslərdən 5 nəfər Gürcüstan vətəndaşıdır.