Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Cəbrayılov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, bu il Sumqayıt şəhəri, Corat qəsəbəsində, qəsəbə sakini R.Cəbrayılov qonşusu Asif Xəlilovu bıçaqlayaraq öldürüb. Hadisə qonşular arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. R.Cəbrayılov polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.