Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyinat olmayıb.DİN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə olan xəbər həqiqəti əks elətdirmir. Əkbər İsmayılov hal-hazırda Sumqayıt şəhər Polis İdarəsinin rəisidir və vəzifəsini icra edir.