Ukrayna-Polşa sərhədində yüzlərlə avtomobil və avtobus saxlanılıb. Onların sərhədi keçmək üçün gözləmə müddəti 20 saata çatıb.
Ucnoqta.az bildirir ki, bu barədə Ukraynanın "Insider" nəşri məlumat verib.
Ən çətin vəziyyət Krakovets və Şeqini keçid məntəqələrindədir.
Son 24 saat ərzində sərhədi təxminən 67.000 nəfər keçib. Ukraynaya daxil olanlar çıxanlardan təxminən 3500 nəfər çoxdur. Videolarda yük maşınlarının, avtobusların və minik avtomobillərinin növbələri görünür.