Tərtər şəhərində suvarma kanalında 1 nəfər batıb.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
"Report"un xəbərinə görə, batan şəxs Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevadır.
Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.