Ukrayna və ABŞ Donbas məsələsini həll etməyə çalışırlar.
Ucnoqta.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bunu jurnalistlərə bildirib.
Zelenskinin sözlərinə görə, hələlik sülh planının razılaşdırılmış versiyası yoxdur.
"Düşünürəm ki, bütün sənədlər tamamlandıqdan sonra Trampla əlaqə saxlaya biləcəyik".
Zelenski əlavə edib ki, ABŞ hazırda Donbas məsələsində güzəştə getməyə çalışır. O bildirib ki, gələcək Ukrayna ordusunun silahlandırılması məsələsi də hələ həll edilməyib.