"Pul bunların gözünü örtüb" - Qurban Qurbanov

18:44 - 21 Dekabr 2025 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XVI turunda "Qəbələ"ni məğlub etdikləri oyundan (2:1) sonra braziliyalı futbolçu Pedro Bikalyonun Ağdam təmsilçisinə gələn təklifdən danışıb.

Ucnoqta.az xəbər verir ki, təklif gəldiyini təsdiqləyib.

"Bəli, ona təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki oyunçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".

Qeyd edək ki, "Botafoqo" klubu Pedro Bikalyo ilə maraqlanır.

Xəbər xətti