Xocalı, Xocavənd və Şuşadakı yanğınlar söndürülüb - VİDEO

11:24 - 27 İyul 2025 - ÖLKƏ İÇİ

Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb.

Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti