Naftalanda sanatoriyada ölüm hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Naftalan şəhərində fəaliyət göstərən müalicə və istirahət sanatoriya mərkəzlərinin birinin işçisi, şəhər sakini, 1970-ci il təvəllüdlü H.Abbasov iş başında ölüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.