Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda sanatoriyada bədbəxt hadisə

10:42 - 23 İyul 2025 tarixində dərc olunub.

Naftalanda sanatoriyada ölüm hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Naftalan şəhərində fəaliyət göstərən müalicə və istirahət sanatoriya mərkəzlərinin birinin işçisi, şəhər sakini, 1970-ci il təvəllüdlü H.Abbasov iş başında ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası